Roza QƏZƏBLƏNDİ: “Tünzalə onkologiya ilə əlləşə-əlləşə üzünüzü güldürürdü” - VİDEO

30 Yanvar 2023 12:17

Müğənni Roza Zərgərli "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın ölümündən sonra haqqında səsləndirilən xoşaqəlməz ittihamlara cavab verib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi "Şou xəbər" verilişinə müsahibəsində dünyasını dəyişən aktrisaya məhkəmə quranları "yıxıb sürüyüb". 

"Hərəsi bir tərəfdən ağzına gələni danışır. Danışan şəxs adam sırasında olsa, bu heç adamı yandırmaz.

Tünzalə onkologiya ilə əlləşə-əlləşə sizin üzünüzü güldürürdü. Hər birimizin ürəyindən bir parça qopa-qopa gedir. Mədəniyyətsizlər,... Haqq, nahaq! İnsan övladı, tamaşaçısı üçün mübariz olub. Tonla qrim edib, çıxırdı sizin kimilərin üzündə təbəssüm yaradırdı. Belə görürəm ki, əgər ölsəm, paxıllığımı çəkən olacaq. Bu faktdır. Ozünün qabağına çıxmasa da, balasının qabağına mütləq çıxacaq. Elə şeylər görüb, eşidirəm ki,... Bu həyat bumeranqdır. Kim kimə nə edirsə, qabağında bitir", -  deyə Roza vurğulayıb. 

Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində saat 12 radələrində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı məzarlığında dəfn edilib.

Milli.Az