Nigeriyalı gənc "Laçın" mahnısını oxudu, hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

30 Yanvar 2023 11:11

Nigeriya vətəndaşı Cozef Uvezele Okpamen "Səs Azərbaycan: Doğma nəğmələr" layihəsində ifası ilə münsifləri və tamaşaçıları təəccübləndirib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sözügedən yarışmada "Laçın" mahnısını səsləndirən gənc hər üç münsifi özünə tərəf döndərməyi bacarıb.

Cozef İlqar Xəyalın komandasını seçib.

Qeyd edək ki, C.Okpamen Naxçıvan Dövlət Universitetində müalicə işi üzrə təhsil aldığını bildirib.

Milli.Az