Şəmkirdə uşaq bağçalarına ayrılan pullar necə silinib? - Şok faktlar

31 Yanvar 2023 21:24

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Natiq Əliyevin sədrliyi ilə keçirilən proses 3 saata yaxın davam edib.

Məhkəmədə vaxtı ilə icra hakimiyyətlərin tabeliyində olan uşaq bağçalarındakı qanunsuz əməllər ifşa olunub. Şəmkirdə uşaq bağçalarına ayrılan pulların necə silinməsi üzrə ifadələr verilib.

Bəlli olub ki, Şəmkirdə uşaq bağçalarına ərzaq və digər vaistələri ancaq Azər Kərmov adlı şəxsə məxsus "21-ci əsr" şirkəti satıb. Bir çox hallarda isə bağça müdirləri Alimpaşa Məmmədovun göstərişi almadıqları inventar, qida və yucu vaistələrin qaimələrinə qol çəkiblər. Sonradan isə qaimədə göstərilənlər çatdırılmayıb. Bənzər faktlar daha çox Şəmkir rayonunun özündə baş verib. Sözügedən prosesdə hazırda rayonda icra nümayəndəsi işləyən Pərviz İbrahimov adlı şəxs xüsusi fəallığı ilə seçilib. Adıçəkilən şəxs bağça müdirlərindən pul yığmaqla məktəbə qədər tərbiyyə müəssisələrinin qazlaşdırılması işlərinə də cəlb edilib. Alimpaşa Məmmədov Pərviz İbrahimova məktəbə qədər tərbiyyə müəssisələrinin qazlaşdırılmasını tapşırıb. Nəticədə bağça müdirlərindən müxtəlif məbləğlərdə vəsaitlər yığılıb. Vaxtı ilə baxca müdirəsi işləmiş Gülçin adlı qadından 5 min manat alınıb. Lakin bir müddət sonra işdən çıxarılıb. Pərviz İbrahimov hakimə sadalanan faktlarla bağlı göstrərişləri Alimpaşa Məmmədovdan alıdğını deyib.

Sabiq icra başçısı da faktı təsdiq edib.

Bundan əlavə icra nümayəndələrinə ancaq Azər Kərimova məxsus şirkətdən bağçalara lazım olan təlabat mallarının alması göstərişi də olub. Bağçalarda yoxlamalar isə sadəcə formal xarakteri daşıyıb. Odun yanacağı ilə qızdırılan 6 saylı baxcaya odun tədarükü üçün 1587 manat vəsait ayrılıb. Amma pullar silinib. Diqqət çəkən məmaqlardan biri də uşaq baxcalarına işçilərin götürülməsi ilə bağlıdır. Bəzi məktəbə qədər tərbiyyə müəssisələrində gözətçi kimi qadınların adı yazılıb. Həmin şəxslərin işə götürülməsi üçün isə tapşırıqlar İcra Hakimiyyətindən gəlib.

Növbəti məhkəmə prosesi fevralın yeddisi keçiriləcək.

Milli.Az