Kremldə Putinlə görüşərkən çay qaşığı oğurlayan futbolçu - FOTO

30 Yanvar 2023 20:40

Rio Ferdinand Kremldə Vladimir Putinlə görüşərkən çay qaşığı oğurlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Arsenal"ın keçmiş futbolçusu Aleks Skott 2018-ci il Dünya Çempionatı zamanı Kremlə səfərini xatırladığı "How (Not) to Be Strong" adlı xatirə kitabında bu haqda məlumat verib.

"Rio Ferdinandla mən Dünya Çempionatını müzakirə etmək üçün FIFA Əfsanələri proqramının üzvləri kimi Kremlə dəvət olunmuşduq. Qapıdan çıxarkən Rio məni güldürdü. O, ovcunu açdı və yadigar olaraq bir çay qaşığını oğurladığını göstərdi", - Skott yazıb.

Milli.Az