Ərdoğan: "Biz başda Azərbaycan olmaqla..."

30 Yanvar 2023 08:38

Türk respublikaları ilə əlaqələrimiz hər keçən gün daha da güclənir. Biz başda Azərbaycan olmaqla, heç bir ölkəni tək buraxmadıq və buraxmayacağıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə deyib.

"Türk respublikalarının - Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistan - hamısı ilə münasibətlərimizi ən yaxşı şəkildə davam etdiririk və etdirəcəyik. Təbii ki, təkcə Türk respublikaları deyil, eyni zamanda, xüsusilə Liviya ilə əlaqələrdə də eyni qərarlılıqla onların firavanlığı üçün əlimizdən gələni edirik", - deyə Ərdoğan bildirib.

Milli.Az