Zelenski: Vəziyyət ağırdır, hər şey edirik ki...

30 Yanvar 2023 08:22

Ukrayna hər şeyi edir ki, onun təzyiqi Rusiya ordusunun hücum imkanlarından üstün olsun.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Vəziyyət çox ağırdır. Baxmut, Uqledar və Donetsk vilayətinin digər istiqamətlərində Rusiyanın daimi hücumları müşahidə edilir, davamlı olaraq müdafiəmizi yarıb keçmək cəhdləridir. Düşmən insanları saymır və çoxsaylı itkilərinə baxmayaraq, hücumların yüksək intensivliyini saxlayır", - Zelenski bildirib.

Milli.Az