Ukrayna: Rusiya 4 istiqamətdə hücumları davam etdirir

30 Yanvar 2023 08:12

Rusiya Silahlı Qüvvələri dörd istiqamətdə hücumları davam etdirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

"Düşmən Liman, Baxmut, Adveyevka və Novopavlov istiqamətlərinə hücumları davam etdirir. Digər istiqamətlərdə isə müdafiə olunur", - deyə bildirilib.

Həmçinin bildirilib ki, Rusiya gün ərzində reaktiv yaylım atəşi sistemindən yaşayış məntəqələrinə 24 zərbə endirib.

Milli.Az