Ərdoğan: “Mənim cənab Putinlə münasibətlərim...”

30 Yanvar 2023 07:26

"Rusiya ilə münasibətlərimizdə qarşılıqlı hörmət var. Mənim cənab Putinlə münasibətlərim dürüstlüklə bağlıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Tatarıstandan Dağıstana və bütün digər bölgələrlə bizim müraciətlərimizə qarşılıq verilir. İstədiyimiz nəticəni əldə edə bilməsək də təbii ki, Suriyanın şimalında baş verən proseslərdə "Gəlin, indi üçtərəfli görüşlər keçirək" deyirik. Rusiya, Türkiyə, Suriya olaraq bir araya gələk. Hətta İranı da əlavə edə bilərik. Danışıqlarımızı belə aparaq və bölgədə sülh olsun. Region mövcud problemləri yaşamamalıdır", - deyə o vurğulayıb.

Milli.Az