"İsfahanda baş verən hadisə..."

30 Yanvar 2023 07:05

İran Məclisi (parlament) Müdafiə Nazirliyinin obyektlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumu araşdırmaq üçün İsfahana xüsusi komissiya göndərəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Abbas Müqtədai deyib.

"İsfahanda baş verən hadisə bir sıra rəsmilərlə bugünkü görüşdə diqqətlə təhlil edilib və Milli Təhlükəsizlik Komitəsi hesabat hazırlamaq üçün İsfahana komissiya göndərəcək və bu barədə əlavə qərarlar qəbul ediləcək," - deyə A.Müqtədai bildirib.

Milli.Az