Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirəcək

29 Yanvar 2023 22:48

Azərbaycanın Təbrizdəki Baş Konsulluğun fəaliyyətini davam etdirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Təbrizdəki Baş konsulluğumuzun mühafizəsi, orda çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin, İran hakimiyyətinin üzərinə düşür. Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz".

"Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalıdır. Öz öhdəlikləri çərçivəsində müvafiq tədbirləri görməlidir", - X.Xələfov əlavə edib.

Milli.Az