Tehrandakı səfirliyimiz artıq işləmir - RƏSMİ BƏYANAT

29 Yanvar 2023 22:41

"Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq".

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb:

"Amma tam dayanıb. Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər".

Milli.Az