Blinken Yaxın Şərqə yola düşdü

29 Yanvar 2023 21:24

ABŞ dövlət katibi Entoni Blinken Misir, İsrail və İordan çayının qərb sahilinə səfərə gedib.

Entoni Blinken bu barədə Twiter səhisində yazıb.

O bildirib ki, dövlət katibi kimi regiona dördüncü səfəridir:

"İkitərəfli münasibətləri və insanlar arasında əlaqələri dərinləşdirmək, insan haqlarını təşviq etmək, regional və qlobal təhlükəsizliyi gücləndirmək öhdəliyimizdir".

Milli.Az