Gümrüdəki Rusiya bazası yaxınlığında etiraz aksiyası keçirilib

29 Yanvar 2023 21:21

Ermənistanın Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının yaxınlığında mitinq keçirilib.

Etirazçıların fikrincə, Rusiya Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizindəki böhranın həllində qeyri-aktivdir . Aksiyanın məqsədi "koridorun blokunu açmaq üçün Rusiya tərəfinə təzyiq göstərməkdir". Hraparakın məlumatına görə, aksiyada 100-ə yaxın adam iştirak edib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının Qarabağ münaqişəsi zonasına gətirilməsi ideyasının demək olar ki, real olmadığını bildirib .

Paşinyan vurğulayıb ki, Ermənistan hakimiyyəti təşkilatın bəzi ölkələrinin obyektivliyinə şübhə edir. O qeyd edib ki, KTMT-yə üzv olan bir çox dövlətlər  Azərbaycana yaxındır .

Paşinyan həmçinin bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistandakı məsuliyyət sahəsini dəqiqləşdirmək lazımdır. "KTMT-nin məsuliyyət sahəsini aydınlaşdırmaq lazımdır, bundan sonra təşkilatla münasibətlər institusional və dərindən qurula bilər" deyə o, bildirib.

Milli.Az