Orxan Əsgərovun dəfn tarixi müəyyənləşdi

29 Yanvar 2023 20:59

Azərbaycanın İrandakı səfirliyinə terror zamanı şəhid olan Orxan Əsgərovun dəfn tarixi müəyyənləşib.

Orxan Əsgərovun cənazəsi Bakıya gətiriləndən sonra Təzəpir məscidinə aparılacaq, daha sonra ailəsinə təhvil veriləcək.

Dəfn mərasimi yanvarın 30-da keçiriləcək.

Şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhidin nəşini gətirən təyyarə artıq Bakıya yola düşüb.

Milli.Az