Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var - FOTO

29 Yanvar 2023 20:31

Beyləqan rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50 BT 575 dövlət nömrəli nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.
Nəticədə avtomobildə 3 nəfərdən 2- i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.

Milli.Az