Almaniya acınacaqlı vəziyyətə düşüb - FOTO

29 Yanvar 2023 19:42

Almaniya ordusu Ukraynaya yardıma görə heç vaxt olmadığı qədər acınacaqlı vəziyyətdədir

Milli.Az bildirir ki, "The Economist" nəşri Bundesverin komandiri Alfons Meysin sözlərindən sitat gətirir.

Ukraynada təxminən bir il davam edən münaqişədən sonra alman sursat ehtiyatı hərbi əməliyyatlar olarsa, NATO-nun tövsiyə etdiyi kimi 30 gün yox, bir neçə günə kifayət edəcək

Qoşunların istifadə etdiyi radiotexnikanın artıq 40 yaşı var, analoqdur, ona görə də siqnalları bəlirləmək və danışıqları dinləmək çox asandır.

350 "Puma" piyada döyüş maşınının yalnız 150-si işləyir.

Silahlı Qüvvələrin baş müfəttişi Eberhard Zornun dekabr hesabatına görə, Bundesverdə hətta kifayət qədər sarğılar belə yoxdur.

Milli.Az