İsrail şəhidimizin qisasını alır: Ancaq xahişimiz var...

29 Yanvar 2023 19:26

Gərək İzraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri millət vəkili Fazil Mustafa İsrailin İrana ötən gecə dronlarla zərbə endirməsi haqda qeyd edib.

"Unutmayaq ki, Netenyahu həm də dolayı yolla Xameneinin sifarişi ilə səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır. Bir də bu qurumsaqlar başlı-başına buraxdıqları arvadlarını bizim səfirlikdə axtarmazlar!" - o bildirib.

Milli.Az