Corc Klunidən dostlarına milyonluq jest

30 Yanvar 2023 03:22

Dünyaca məşhur amerikalı aktyor Corc Kluni atdığı addımla diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi 14 yaxın dostuna 1 milyon dollar (təxmini 2 milyon manata yaxın) pul verib.

"Bu illər ərzində köməyə ehtiyacım olanda həmişə onlar mənə dəstək olub. Hamımız çox yaxşı dostuq. Düşünürdüm ki, öləndə vəsiyyətimdə onları da qeyd edim. Sonra dedim ki, niyə ölməyimi gözləyirəm?".

Milli.Az