Yoluxanların sayı açıqlandı

29 Yanvar 2023 16:39

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 248 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 87, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 29 nəfərdir.

Milli.Az