340-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

29 Yanvar 2023 17:09

Rusiya müharibənin 340-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 381 təyyarəsi, 204 helikopteri, 2980 PUA-sı, 402 zenit-raket kompleksi, 7670 tank və digər zirehli texnikası, 995 reaktiv yaylım atəş sistemi, 3956 artilleriya və minaatanı, 8218 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.

Milli.Az