Qaxda 49 yaşlı çoban intihar etdi

29 Yanvar 2023 16:20

Qaxda 49 yaşlı kişi özünü asaraq intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax rayonunun Sarıca ərazisində baş verib.

Belə ki, Şəki rayon sakini 1974-cü il təvəllüdlü Qarayev Fikrət özünü çoban işlədiyi fermada asaraq intihar edib.

Meyit müayinə olunmaq ücün morqa yerləşdirilib.

Fikrət Qarayevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Milli.Az