"Yalı çapkını"nda yeni aktyor - FOTO

29 Yanvar 2023 15:40

Reytinqlərdə ilk sırada yer alan "Yalı çapkını" serialına yeni aktyor daxil olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində Mehmet Esen rol alacaq. O, serialda mafiya başçısı "Vahid" obrazına həyat verəcək.

Qeyd edək ki, ekran işinin baş rollarını Afra Saraçoğluyla Mərt Ramazan Dəmir canlandırır.

Milli.Az