"Buğlama" qayıdır

29 Yanvar 2023 13:09

Ötən ilin yayında final edən "Buğlama" teleşousu yenidən ekrana qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aparıcı-aktyor İlkin Həsəni sosial şəbəkədə məlumat verib.

O, "Bozbash pictures" komandasının yer aldığı teleşounun bazar günləri Xəzər TV-də yayımlanacağını bildirib.

Qeyd edək ki, "Buğlama" ilk vaxtlar ATV kanalında nümayiş olunub və daha sonra "Space TV"də davam edib. Ekran işində aktyorlar Nicat Rəhimov, İlkin Miskərli çəkilir.

Milli.Az