Zaur Tünzalənin son xahişini gerçəkləşdirdi - VİDEO

29 Yanvar 2023 13:20

Zaur Baxşəliyev mərhum Əməkdar artist Tünzalə Əliyevanın ondan son xahişini yerinə yetirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, hadisə "Zaurla Günaydın" verilişində yaşanıb.

Belə ki, Tünzalə Zaurla son mesajlaşmasında onun gənc müğənnini efirə dəvət etməsini istəyib. Baxşəliyev bugünkü buraxılışda Nurlana adlı həmin ifaçını proqramda qonaq edib.

"Tünzalə, ruhun şad olsun, söz verdim və etdim. Məndən ən son istədiyin bu idi", - deyə, aparıcı bildirib.

Milli.Az