Baş nazirin keçmiş müavini vəfat etdi

29 Yanvar 2023 12:51

Azərbaycan Baş nazirinin sabiq müavini Əsgər Məmmədov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq müavin dünən dünyasını dəyişib.

Qeyd edək ki, Lerik rayonunun Kiravud kəndində anadan olan Əsgər Məmmədov 1986-1991-ci illərdə Goranboy, 1991-1992-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 1992-1994-cü illərdə Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb, 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

Milli.Az