Ər arvadını döyüb ayağını sındırdı

29 Yanvar 2023 10:30

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Digah qəsəbəsində ailə münaqişəsi zəminində əri tərəfindən döyülən 1988-ci il təvəllüdlü Hacıyeva Vəfa Seyfulla qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az