Bu gecə İrana hücum edildi: şəhərlərdə hərbi bazalar və zavodlar vuruldu, neft zavodu partladıldı - VİDEO

29 Yanvar 2023 09:44

Bu gecə İranda kabus yaşanıb. Bir neçə strateji obyekt - silah anbarı, kamikadze dron zavodu və neft anbarı hava hücumları ilə vurulub. İran rəsmiləri İsraili ittiham edir.

Milli.Az "Al-Arabia"ya istinadən bildirir ki, İsrailin kəşfiyyat strukturları və hərbi-hava qüvvələri İran ərazisində anti-terror əməliyyatı həyata keçirib.

İsrailin rəsmi strukturları bununla bağlı heç bir açıqlama verməyiblər və baş verənlərlə bağlı məsuliyyəti öz üzərinə götürməyiblər.

İlkin məlumatlara görə, zərbə və kamikadze PUA-larının hücumuna məruz qalan obyektlərin ilkin siyahısı belədir:

1. SEPAH-ın qərargahı

2. "Əl Qüds" SEPAH Xüsusi Qüvvələri bazası

3. Sursat və PUA İstehsal Mərkəzi

4. Neft emalı zavodu

5. Silah fabriki

6. Həmadan hərbi bazası

7. Kərəcdəki hərbi baza

İranın Müdafiə Nazirliyi ölkə daxilində çoxsaylı obyektlərin vurulduğunu etiraf edərək "vətəndaşları yoxlanılmamış, qeyri-rəsmi məlumatlara inanmamağa" çatırıb.

"Al Jazeera" bildirir ki, bu gecə vurulmuş obyektlərin siyahısı belədir:

1. İsfəhanda hərbi-hava bazası

2. Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində hərbi zavod

3. Şərqi Azərbaycan vilayətinin Azərşəhr şəhərində silah-sursat və PUA istehsal mərkəzi, habelə neft emalı zavodu

4. Kərəcdə hərbi aviabaza

5. Həmədan şəhərində hərbi baza.

İranın "Tasnim" agentliyi məlumat verir ki, Azərşəhrdəki neft emalı zavodunda böyük yanğın var.

Hücumlar PUA-lar vasitəsilə edilib. İranın Hava Hücumundan Müdafiə Qüvvələri 1 PUA-nı vura bilib, 2 PUA isə endirilərək partladılıb.

İranın paytaxtı Tehranda da güclü partlayış olub.

Həmədan şəhərinin elektroenerji təminatında problem yaranıb.

İranın əksər yerlərində internetlə bağlı problemlər var.

Milli.Az