“Qalatasaray” ardıcıl 10-cu qələbəsini darmadağınla qazandı

28 Yanvar 2023 23:24

Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

Türkiyə Superliqasının 21-ci turunda səfərdə "Giresunspor"u 4:0 hesabı ilə məğlub edən "Qalatasaray" liqada ardıcıl 10-cu qələbəsini qazanıb.

2-ci oyun günündə 5 matç keçirilib. Lider "Qalatasaray" bu turda səfərdə "Giresunspor"un qonağı olub. Görüş İstanbul klubunun inamlı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" (20 oyun) 48 xalla liderdir. "Fənərbaxça" 41 xalla 2-ci (19 oyun), "Beşiktaş" (19 oyun) isə 38 xalla 3-cüdür.

Türkiyə Super Liqası, 21-ci tur
28 yanvar

"Sivasspor" - "Adana Demirspor" - 1:2
Qollar: 
İ.Kofi, 63 - E.Akbaba, 41, B.David, 56

"Ankaragücü" - "Qaziantep" - 0:2
Qollar: 
P.Dilobodji, 47, J.Fiqueredo, 90+7

"Hatayspor" - "Trabzonspor" - 2:1
Qollar: 
A.El Kaabi, 47, B.Yıldırım, 50 - E.Bardi, 9

"Antalyaspor" - "Ümraniyespor" - 3:2
Qollar:
 S.Larsson, 38, G.Vural, 48, Fredi, 90+3 - U.Nayır, 33, O.Ayik, 56

"Giresunspor" - "Qalatasaray" - 0:4
Qollar: 
D.Mertens, 45+3, L.Dubois, 60, M.Raşiça, 88, Y.Akgün, 90+5

Milli.Az