Naxçıvanda avtomobil velosipedçini vurub

28 Yanvar 2023 23:21

Naxçıvan şəhərində avtomobil velosipedçini vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Xətai məhəlləsində "Mercedes" markalı avtomobil yolun kənarında velosiped sürən 1996-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Sunay Zeynalovu vurub.

Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az