Yeni doğulan oğluna otaq hazırlamaq üçün 1 milyon xərclədi

28 Yanvar 2023 23:02

Xəbər verdiyimiz kimi, "Hilton" hotellər şəbəkəsinin varisi, müğənni, model Peris Hilton ötən həftə ana olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı oğlunun adını və dəqiq doğum tarixini açıqlamasa da bəzi detallar bəlli olub. 41 yaşlı Peris övladı dünyaya gəlməzdən əvvəl ona xərcləri 1 milyon dollara başa gələn otaq hazırladıb. "Life and Style"ın məlumatına görə, o, bu işə Los-Ancelesdəki ən yaxşı dizaynerləri cəlb edib. Otaqla yanaşı əlavə geyinib-soyunmağa otağı da ayrıldığı yayılan məlumatlar arasında yer alıb.

Qeyd edək ki, müğənni ötən il iş adamı Karter Reumunla ailə qurub.

Milli.Az