Keçmiş həyat yoldaşı ona 10 milyon dollar sərvət qoydu

28 Yanvar 2023 22:56

90-ların seks simvolu Pamela Andersonun keçmiş həyat yoldaşından ona 10 milyon dollar qalacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu Pamelanın 77 yaşlı amerikalı kinoprodüser və keçmiş bərbər olan Con Pitersdir. O, vəsiyyətnaməsinə cəmi iki həftə qanuni həyat yoldaşı olan məşhur aktrisanın da adını daxil etmək qərarına gəlib. Keçmiş cütlüyün qısamüddətli münasibətinə baxmayaraq, Petersin ölümündən sonra Pamela Andersonun on milyon dollar alacağı bildirilir.

Keçmiş bərbər "Mən həmişə Pamelanı sevəcəyəm, o mənim ürəyimdədir" deyib və əlavə edib ki, hətta Pamelanın özünün də əvvəllər miras haqqında xəbəri olmayıb. Media bu məlumatı eksklüziv olaraq əldə edib.

Seks simvolu və keçmiş bərbər 1980-ci illərdə Playboy malikanəsində tanış olublar. Onlar görüşdükdən dərhal sonra Peters Andersona qiymətli hədiyyələr etməyə başlayıb ki, onların arasında Mercedes 420SL avtomobili də var.

Qeyd edək ki, 55 yaşlı Pamela Anderson 5 dəfə evlənib. Sonuncu dəfə 2020-ci ildə evlənən ulduzun həyat yoldaşları arasında ​​iki oğlunun atası musiqiçi Tommi Li də var. Məhz Tommi Li ilə seks kaseti qalmaqalından sonra Pamelanın kaeyerasında çöküş başlamışdı.

Milli.Az