"İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib".
Bunu Prezident İlham Əliyev İsrail dövlət başçısı ilə telefon danışığı zamanı bildirib.
Azərbaycan Prezidenti avtomat, silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini vurğulayıb.
Milli.Az