Prezident: Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq

28 Yanvar 2023 15:13

"Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır", - dövlət başçısı qeyd edib.

Milli.Az