Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd etdi - Körpəsi öldü

28 Yanvar 2023 13:21

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib. 

Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub. 

Əldə etdiyimiz məlumata görə, intihara cəhd edərkən F.Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazrda faktla bağlıa raşdırma aparılır.

Milli.Az