"Neftçi"dən ayrıldı, Portuqaliya klubuna keçdi

28 Yanvar 2023 19:21

"Neftçi"nin futbolçusu Yusuf Lavalın "Arouka" klubuna keçidi rəsmiləşib.

Bu barədə Portuqaliya təmsilçisinin saytı məlumat yayıb. Lakin 24 yaşlı vinger ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Neftçi" Lusuf Lavalı 2020-ci ilin yayında Belçikanın "Lokeren" klubundan transfer etmişdi. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 24 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az