Gürcüstanda istehsal olunan PUA-ların ilk sınaq uçuşları keçirilib - VİDEO

28 Yanvar 2023 18:51

Yanvarın 27-də Gürcüstan-Polşa müəssisəsi tərəfindən birgə istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sınaq uçuşları həyata keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, döyüş və kəşfiyyat təyinatlı PUA-ların sınaq uçuşu uğurla həyata keçirilib.

Milli.Az