Səidənin Aygün Kazımova ilə COŞQULU RƏQSİ - VİDEO

28 Yanvar 2023 17:31

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımova özünə dəmdəsgahlı doğum günü məclisi keçirib.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, şou-biznes nümayəndələrinin axın etdiyi gecədə iştirak edən müğənni Səidə Sultan geyimi və tərzi ilə diqqət çəkib.  

Təmtəraqlı doğum günü tədbirində Səidə Xalq artisti Aygün Kazımova ilə qol qaldırıb o ki var rəqs edib. S.Sultan pop divanı qucaqlayaraq, onu doğum günü münasibəti ilə təbrik edib.  

İkilinin səmimi və coşqulu rəqsi gecədə dəvətlilər sırasında yer alan Bizim.Media-nın əməkdaşı tərəfindən lentə alınıb.  

Həmin görüntüləri təqdim edirik.

Milli.Az