Ən qəddar BÜRCLƏR - Kimlər istəkləri naminə hamını əzə bilər?

29 Yanvar 2023 01:31

Qəddarlıq elə bir xüsusiyyətdir ki, əksəriyyət özünü ondan uzaq görür. Lakin maraqlar ona plana çıxanda bəzi insanlar digərlərinə qarşı hər cür pisliyi edə bilərlər. Bu, bir qədər də həyatda qalma mübarizəsindən doğan instinktiv özəllik hesab oluna bilər.

Bəzi bürclərin nümayəndələrində bu özəllik daha qabarıq hiss olunur.

Milli.Az bizim.media-ya istinadən ən qəddar bürclərin siyahısını təqdim edir:

5. Oğlaq

Oğlaqlarla ünsiyyət qurmaq çətindir, xüsusilə də inadkarlıqları səbəbindən. Oğlaqlar nadir hallarda kiməsə hörmətlə yanaşırlar. Buna görə də onların ünsiyyət dairəsi həmişə məhdud olur. Onlar sıxıntıya dözmürlər, buna görə öz çevrələrində maksimum sözlərini dinləyən insanlar görmək istəyirlər.

4. Dolça

Dolçalar - ünsiyyətdə çox spesifikdirlər. Onlar yalnız öz fikirlərini qiymətləndirirlər və özünə bəraət qazandırmaq üçün kimisə ittiham edə bilərlər. Dolçalar xüsusilə ağıllı davranışları ilə ətrafdakı insanlardan fərqlənirlər. Bununla yanaşı bəzən onlarda emosiyalar ağıla üstün gəlir.

3. Əkizlər

Əkizlər hər zaman tələsirlər. Onlarla bir yerdə oturmaq çətindir. Bü bürcün nümayəndələri kaprizli, boşboğaz və şıltaqdırlar. Başqalarının çətinliklərinə qarşı odluqca laqeyddirlər. Onlar üçün ətrafdakıların fikri boşdur. Əkizlər heç vaxt birüzlü olmurlar. Onlara sona qədər güvənmək mümkün deyil.

2. Qoç

Qoçlar fövqəladə impulsiv şəxsiyyətlərdir. Onlar illərdir qurub-yaratdıqlarını 15 saniyə ərzində dağıda bilərlər və həmişə haqlı olduqlarını iddia edirlər. Əgər onlara haqsız olduqlarını bildirib, mübahisəyə girişsəniz düşmən obrazına çevrilərsiz. Bu zaman onlar sizə qarşı qəddar metodlarla mübarizə apara bilərlər. 

1. Əqrəb

Əqrəblər - bütün bürclər arasında ən qorxunclarıdır. Onlar həmişə nəyi istəyirsə, ona nail olurlar. Bu bürcün nümayəndələri üçün qeyri-mümkün yoxdur. Əqrəblər eqoya və intiqamçı xarakterə malikdirlər. İnsanlar onlar üçün məqsədlərinə çatmaq alətidir. Onlar ən yaxınlarını belə öz maraqları üçün qəddarcasına istifadə edə bilərlər.

Milli.Az