Bu ərazilərdə su kəsiləcək

28 Yanvar 2023 09:57

Magistral su kəmərində qəza baş verib.

Bu barədə Milli.Az-a "Azərsu"Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş qəza ilə əlaqədar 28 yanvar 2023-cu il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

Milli.Az