Bakıda avtobusda sərnişin ölüb
14 May 2010 01:20
Ötən axşam paytaxtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.
Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 79 saylı marşrut avtobusunda baş verib. Saat 20:30 radələrində avtobusda olan orta yaşlı kişinin öldüyü müəyyənləşib.
Ölən şəxsin cəsədi tibbi ekspertizanın aparılması üçün morqa göndərilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı rayon Prokurorluğunda araşdırma aparılır. Hazırda həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilir.
Ölümün səbəbi isə ekspertizanın rəyindən sonra məlum olacaq.
/ANS PRESS/