Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO

29 Yanvar 2023 04:28

"Salt bae" hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəli aşpaz Nusret Gökçe altı ay əvvəl açdığı "Kappiciiinoo" adlı qəhvə restoranının indiyədək əldə etdiyi qazancının 50 faizini kimsəsiz uşaqlara bağışlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, [zünəməxsus duz səpmək hərəkəti ilə məşhurlaşan aşpaz bu barədə məlumatı öz "Instagram" hesabında paylaşıb.

Aşpazın keçirdiyi yardım kampaniyasında Türkiyənin ailə işləri və sosial xidmətlər naziri Derya Yanık da iştirak edib.

Nusretin bu addımı sosial şəbəkədə rəğbətlə qarşılanıb. Qeyd edək ki, "Kappiciiinoo" İstanbulun Nişantaşı səmtində yerləşir.

Milli.Az