Çexiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

28 Yanvar 2023 08:14

Çexiya hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir.

Bu barədə Çexiya Xarici İşlər Nazirliyi "Twitter" hesabında məlumat verib.

"Diplomatik missiyalara hər hansı hücumlar qəbuledilməzdir. Ölən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirik", - deyə bildirilib.

Milli.Az