“Nissan” 520 min avtomobili geri çağırır

28 Yanvar 2023 08:42

Yaponiya avtomobil istehsalçısı "Nissan Motor Co." 527 min 491 ədəd "X-Trail" avtomobilini və "Serena" mikroavtobusunu, həmçinin "Suzuki Motor Corp."ya tədarük etdiyi "Landy" mikroavtobuslarını geri çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Nissan" avtomobillərindəki nasazlıq elektrik mühərrikləri ilə əlaqədardır.

"Nissan Motor Co." şirkətinə nasazlıqla bağlı ümumilikdə 3963 şikayət ünvanlanıb.

Milli.Az