Türkiyə klubunda baş məşqçi istefası

28 Yanvar 2023 08:58

"Qaziantep" (Türkiyə) baş məşqçisi Erol Bulutu istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə yollar komandanın Superliqanın cari mövsümündəki uğursuz çıxışlarına görə ayrılıb. "Qaziantep" son 9 matçında qələbə qazana bilməyib. Komanda bu mövsüm keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və turnir cədvəlində 13-cüdür.

Qeyd edək ki, Erol Bulut 2021-ci ilin mayından "Qaziantep"i çalışdırırdı. Komanda onun baş məşqçiliyi altında ümumilikdə 65 matçda 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 dəfə məğlub olub. Bulut karyerası ərzində "Malatyaspor" (2017-2019), "Alanyaspor" (2019-2020), "Fənərbaxça" (2020-2021) kimi komandalara baş məşqçilik edib.

Milli.Az