Erməni hərbçinin meyiti qarşı tərəfə verildi

27 Yanvar 2023 21:54

Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin hərbçi ötən ilin sentyabrında baş verən toqquşmalarda ölüb.

Milli.Az