Səfirliyimizə hücum belə planlaşdırılıbmış - Yeni görüntülər

27 Yanvar 2023 20:50

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni detalları məlum olub.

Bu barədə "Qafqazinfo" yeni görüntülər əldə edib.

Yeni görüntülərə əsasən, onu demək olar ki, terror hücumu ani olmayıb, bu, planlaşdırılmış şəkildə həyata keçirilib.

Məlum olub ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səhər saatlarında səfirliyimizə bir neçə dəfə hücum edib. Onun ilk hücumununun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb və onu qapıdan çölə çıxarıb.

İkinci cəhddə isə o, maşınında "kuvalda" götürüb qapını sındırmağa çalışıb. Bu zaman terrorçunun hücumda istifadə etdiyi "Kalaşnikov" avtomatını yerə qoyduğu da görüntülərdə açıq-aşkar görünür.

Maraqlıdır ki, bu proses 10 dəqiqədən çox davam edib və heç bir yerli polis əməkdaşı terrorçunun qarşısını almağa cəhd belə etmir. Bu görüntülərdən açıq-aşkar aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılıb və İran rəsmilərinin də dediyi kimi, ər-arvad mübahisəsindən irəli gələn hücum deyil.

Milli.Az