Şəhid olan Orxanın dəfn yeri müəyyənləşdi

27 Yanvar 2023 20:11

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun dəfn yeri müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidimiz Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Hazırda dəfn mərasimi üçün hazırlıq işləri görülür.

Şəhidimizin sabah dəfn olunacağı gözlənilir.

Milli.Az