"Bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəyik" - Pakistan XİN

27 Yanvar 2023 20:10

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.

"Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir", - XİN-in məlumatında vurğulanıb.

Milli.Az