Niderland da başsağlığı verdi

27 Yanvar 2023 18:39

Niderland Azərbaycanın İrandakı səfirliyinə bu gün baş verən zorakı hücumu pisləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Niderland XİN-in tvitter hesabında qeyd edilib.

"Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik", - məlumatda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Milli.Az