Məşhurlardan səfirliyimizdəki terrorla bağlı paylaşımlar - FOTO

27 Yanvar 2023 19:11

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı Orxan Əsgərov şəhid olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, səfirliyə edilən hücumla bağlı şou-biznes nümayəndələri paylaşımlar edərək terroru pisləyiblər.

Qeyd edək ki, bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb. 

Milli.Az